Qarsda “Qış təlimi-2021” başladı: Azərbaycan da iştirak edir - VİDEO
01 fevral 2021 19:04 (UTC +04:00)

Qarsda “Qış təlimi-2021” başladı: Azərbaycan da iştirak edir - VİDEO

Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimlərinin aktiv fazası başlayıb.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, təlimin senarisinə uyğun olaraq minaatan bölmələri aşkar olunan müxtəlif hədəfləri məhv ediblər.

Təlimlər fevral ayının 1-dən 12-dək keçiriləcək.

Qeyd edək ki, “Qış təlimi-2021”də Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə yanaşı Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edir.

# 2136
avatar

Oxşar yazılar