“Qarabağda atəşkəsə bir türk və bir rus general nəzarət edəcək” - Hulusi Akar
22 dekabr 2020 16:49 (UTC +04:00)

“Qarabağda atəşkəsə bir türk və bir rus general nəzarət edəcək” - Hulusi Akar

“Bizim heyətimiz Azərbaycandadır. Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası tamamlandıqdan sonra bizim heyətimiz orada fəaliyyətə başlayacaq”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NTV telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, Ağdamda yerləşəcək Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Mərkəzdə bir türk və bir rus general olacaq.

“Bizim 30-60 nəfərlik heyətimiz ruslarla birlikdə çalışıb Dağlıq Qarabağda atəşkəsin davamlı olması üçün zəruri olan hər şeyi edəcəklər”, - deyə türkiyəli nazir vurğulayıb.

# 1815
avatar

Oxşar yazılar