“Qafqazda heç bir sirr yoxdur”:  Keçmiş casus   Kadırovun xəstəliyi ilə bağlı nələr DANIŞDI?
24 sentyabr 2023 18:43 (UTC +04:00)

“Qafqazda heç bir sirr yoxdur”: Keçmiş casus Kadırovun xəstəliyi ilə bağlı nələr DANIŞDI?

Keçmiş “KQB” və Rusiya Xarici Kəşfiyyat Xidmətinin zabiti Sergey Jirnov Çeçenistan rəhbəri Ramzan Kadırovun xəstə olduğunu təsdiqləyib.

Lent.az xarici mediaya istinadən bildirir ki, Jirnov Putinin xərçəngə yoluxması ilə bağlı iddialardan və Kadırovun vəziyyətindən danışıb..

"Kadırov işi ən asan işdir. Putin və dublyorlar və onkologiya haqqında - bunlar çox vaxt fərziyyələr və ya təxminlərdir, az-çox əsaslıdır, Kadırovla hər şey daha sadədir, təxmin etmək lazım deyil - sadəcə onun “TikTok”dakı videosuna baxın.

İnsanda anormal bir şey olduğunu anlamamaq üçün gözlərin və qulaqların olmamalı idi: 6 ayda çəkisiikiqat artıb, üz şişib. Adi gözlə görə bilərik ki, insan anormal üz rəngi, anormal piylənmə, nitqinin qeyri-sabit olması, sözləri tələffüz etməkdə çox çətinlik çəkir. Kadırovun xəstə olduğu hər kəsə tam aydındır”, - Jirnov bildirib.

Jirnov qeyd edib ki, Kadırovun İordaniyadan olan həkimi var və onu zaman-zaman narkomaniyadan müalicə üçün Yaxın Şərqə aparırlar. Keçmiş kəşfiyyatçının sözlərinə görə, Qafqazda heç bir sirr yoxdur - nəsə olarsa, sosial şəbəkələrdə, yaxın qohumlar vasitəsilə çox tez yayılır.

"Rusiya Federasiyasında, Kamçatkada hansısa bir iş görülürsə, o, bizə çox çətinliklə çatacaq, internet olmasına baxmayaraq, çünki o, hələ çox uzaqdadır. Çeçenistan isə çox yaxındır. Orada isə hamı "tik-tok”çudur, “Instagram” var və buna görə də nəsə baş verərsə, o, çox tez yayılır”, – Jirnov əlavə edib.

Keçmiş “KQB” mayoru vurğulayıb ki, Kadırovun xəstəliyi adi gözlə görünür.

“Ona görə də Kadırovun səhhətində problem olması, onun narkomaniyaya meylliyi və məcburi müalicəyə aparılması, gecə hardasa Qroznı ətrafında narkotik təsiri altında gəzintiyə az qala çılpaq çıxması və Federal Təhlükəsizlik Xidmətinin onu götürüb hansısa ftəyyarə ilə Moskvaya aparılması ilə bağlı söz-söhbətlərə inanmağa meylliyəm. Çünki o, sadəcə olaraq adi gözlə görünür”, - Jirnov vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4002
avatar

Oxşar yazılar