Rusiya prezidenti Vladimir Putinin qəbulundakı stolun üzərində yerləşən “gizli düymə”nin məqsədi məlum olub.
Lent.az xəbər verir ki, "Rossiya 1" telekanalının efirində düymənin ona köməkçi çağırmaq üçün lazım olduğu bildirilib.
“Televiziya operatorları çıxır, növbəti masa uzun danışıqlara hazırlaşır. Prezidentin masasında xüsusi düymə var: köməkçi lazım olanda və ya çay gətirmək üçün”, - efir zamanı qeyd ediblər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirib ki, dövlət başçısının xüsusi rabitə telefonu var. Bu, xüsusən də bu və ya digər məmuru çağırmaq üçün lazımdır.
Peskov aydınlaşdırıb ki, onların arasında “hökumət rəhbərləri, şöbə müdirləri, administrasiya rəhbərləri və bir çox başqa abunəçilər” var.
“Prezident sərəncamında olan bütün rabitə vasitələrindən çox fəal şəkildə istifadə edir”, - dövlət başçısının nümayndəsi əlavə edib.