
Vladimir Putin, Rusiyanın prezidenti
Putin Qarabağla bağlı 10 noyabr bəyanatından DANIŞDI

“Biz hökumətlər olaraq birlikdə problemlərə reaksiya verməliyik. Bu, regional münaqişələrin həllinə töhfə verməyə, müttəfiqliklər qurmağa, enerji dəhlizlərinin yaradılmasına, nəqliyyata və digər məsələlərə töhfə verə bilər. Yəni, bu hər kəsin xeyrinə olar”.
APA-nın xəbərinə görə, bunu bu gün Rusiya Prezidenti Vladimir Putin Davos İqtisadi Forumunda videokonfrans formatında çıxışı zamanı deyib.
O bildirib ki, birgə səylərin göstərilməsi üçün böyük potensial mövcuddur: “Çoxtərəfli yanaşma müsbət nəticələr verir. Nümunə olaraq Astana platformasını göstərmək olar. Rusiya Suriyada vəziyyətin stabilləşməsi üçün Türkiyə və İranla birlikdə səylər göstərib. Suriyada siyasi dialoqun qurulması üçün səylər göstərmişik”.
V. Putin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində hərbi əməliyyatların dayandırılması üçün Rusiya vasitəçi kimi səylər göstərib və bu, kifayət qədər uğurlu olub: “Azərbaycan və erməni xalqları Rusiyaya yaxın xalqlardır. Biz onlara kömək etmək istəyirik. Yenidən vurğulayım ki, biz bu münaqişədə əsas format olan ATƏT-in Minsk Qrupu formatını izlədik. Bu formatda 3 ölkə var. Bu geniş əməkdaşlıq üçün gözəl modeldir. Noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalandı. Bu bəyanatın böyük hissəsi reallaşdırılıb. Biz qan tökülməsini dayandırmışıq. Bu, ən vacib nəticədir. Biz döyüşlərin dayandırılmasına və stabilliyə nail olduq. Artıq bu ölkələr normal vəziyyətinə dönür. Hazırda bu ölkələrin humanitar yardıma ehtiyacı var. Evlərini tərk etmiş insanlar geri qayıtmalı, infrastruktur bərpa olunmalı və s. işlər görülməlidir”.

Oxşar yazılar

Ərdoğandan Xocalı faciəsinin ildönümü ilə bağlı PAYLAŞIM
26 fevral 2021 , 12:36
“Xocalı sakinlərinə təzminat ödənilməsi istiqamətində işlər görülür” - RƏSMİ
26 fevral 2021 , 11:53
Ermənilərin Ağdamda viran qoyduğu daha bir kəndimiz -VİDEO
26 fevral 2021 , 11:10
Hikmət Hacıyevdən Xocalı ilə bağlı təsirli PAYLAŞIM-VİDEO
26 fevral 2021 , 10:29
Mehriban Əliyeva Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib
26 fevral 2021 , 09:38İtalyan jurnalist Xocalı faciəsindən yazdı: "Səbəbkarlar cəzalandırılmalıdır"
25 fevral 2021 , 23:26
Paşinyan dediyini etdi: POLİS HƏRƏKƏTƏ KEÇİR...
25 fevral 2021 , 14:41
Uzunmüddətli sülhün şərti ədalətdir
25 fevral 2021 , 12:16