Putin İrəvana GETDİ
23 noyabr 2022 16:00 (UTC +04:00)

Putin İrəvana GETDİ

Rusiya Prezidenti Vladimir Putin İrəvana gedib.

Lent.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Putin İrəvana KTMT üzvü olan dövlət başçılarının sammitində iştirak etmək üçün gedib.

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidentini "Zvartnots" hava limanında qarşılayıb.

Qeyd edək ki, Putin Ermənistana səkkizinci dəfə səfər edir. O, sonuncu dəfə 2019-cu ilin oktyabrında Avrasiya İqtisadi İttifaqının dövlət başçılarının sammitində iştirak etmək üçün İrəvanda olub.

# 2172
avatar

Fidan İlqar

Oxşar yazılar