Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyini vaxtında açıqlayacaq.
Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Rusiyada növbəti prezident seçkiləri 2024-cü ilin martında keçiriləcək. Federasiya Şurası səsvermə gününə 100 gündən gec olmayaraq və ən geci 90 gün qalmış seçkilərin təyin edilməsi barədə qərar qəbul etməlidir.
Putinin özünün xəbər verdiyi kimi, 2024-cü ildə keçiriləcək prezident seçkiləri ciddi qanunlara uyğun, həmçinin bütün demokratik və konstitusiya prosedurlarına riayət olunmaqla keçiriləcək.