Putin 123 ölkədə  həbs oluna bilər
18 mart 2023 09:24 (UTC +04:00)

Putin 123 ölkədə həbs oluna bilər

Haaqa məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə order verməsi onun dünyanın digər ölkələrində olma imkanını xeyli məhdudlaşdırır.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, belə ki, məhkəmə qərarına əsasən, indi Putin Roma Əsasnaməsini ratifikasiya etmiş və ya Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıyan 123 ölkədə həbs edilməlidir.

Qeyd edək ki, bu ölkələrə Avropa dövlətləri, bütün Cənubi Amerika, həmçinin Afrika və Asiyanın bəzi hissələri daxildir. Məhkəmənin yurisdiksiyasını Rusiyanın tərəfdaş ölkələri - Venesuela, Cənubi Afrika Respublikası, Mərkəzi Afrika Respublikası və Tacikistan da tanıyır.

Beynəlxalq Cinayət Məhkəməsindəki mənbələr Vladimir Putinin hazırda Ukraynanı dəstəkləyən hər hansı bir ölkəyə getməsinin "çox çətin" oldacağına inanırlar. Onlar qeyd ediblər ki, əgər bunu etsə, həbs olunmaq riski var.

Xatırladaq ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi martın 17-də Rusiya prezidenti Vladimir Putinin həbsinə dair beynəlxalq order verib.

 

# 2805
avatar

Oxşar yazılar

İsrail prezidenti dahi Nizamidən sitat gətirdi: Çətinlik anında...

İsrail prezidenti dahi Nizamidən sitat gətirdi: Çətinlik anında...

30 may 2023 , 20:34
Niyə qaraçıların  öz ölkəsi   yoxdur?

Niyə qaraçıların öz ölkəsi yoxdur?

30 may 2023 , 20:15
Liderlərin “böyük görüşü”  olacaq

Liderlərin “böyük görüşü” olacaq

30 may 2023 , 17:30
İsrail Prezidenti Azərbaycana gəldi

İsrail Prezidenti Azərbaycana gəldi

30 may 2023 , 10:25
Ermənilər mövqelərimizi 19 dəfə atəşə tutub

Ermənilər mövqelərimizi 19 dəfə atəşə tutub

30 may 2023 , 10:08
Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?

Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?

30 may 2023 , 09:43
İsrail Prezidenti Azərbaycana gəlir

İsrail Prezidenti Azərbaycana gəlir

30 may 2023 , 07:50
COEST qrupu işğaldan azad olunan ərazilərə səfər edib - FOTO

COEST qrupu işğaldan azad olunan ərazilərə səfər edib - FOTO

29 may 2023 , 19:54