Tacikistan prezidenti İmomali Rahman qırğızıstanlı həmkarı Sadır Japarovun əlini sıxmayıb.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, hadisə Astanada keçirilən sammitdə baş verib.
Rahman Vladimir Putinlə söhbət edən Japarova yaxınlaşanda Rusiya prezidenti ilə görüşsə də, ona əl uzatmayıb. Japarov da kənara çəkilməyə məcbur olub.
Xatırladaq ki, sentyabrın 14-dən başlayaraq Qırğızıstan və Tacikistan sərhəddində çoxsayılı insanın ölümü ilə nəticələnən toqquşmalar baş verib.