Nikol Paşinyan
15 sentyabr 2021 18:57 (UTC +04:00)

Nikol Paşinyan

Paşinyan Türkiyə ilə dialoqa hazırdır

0

Ermənistan hökuməti dialoqun qurulması ilə bağlı Türkiyədən gələn siqnalları müzakirə etməyə hazırdır.

Lent.az bildirir ki, APA-nın  “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Nikol Paşinyan parlamentdə deputat Sarkis Xandanyanın sualını cavablandırarkən deyib.

Baş nazirin sözlərinə görə, artıq bir sıra beynəlxalq tərəfdaşlar İrəvan və Ankara arasında dialoqun qurulmasına yardım etməyə hazır olduqlarını bəyan edib.

N. Paşinyan qeyd edib ki, əgər dialoq başlayacaqsa, Ermənistan hökuməti təbii ki, bu barədə vətəndaşlarını məlumatlandırmalıdır.

Xatırladaq ki, bundan əvvəl də N. Paşinyan Ermənistanın regionda sülhün bərqərar olması üçün Türkiyə tərəfindən bəzi müsbət siqnallar aldığını bildirib. O əlavə edib ki, onlar bu siqnalları qiymətləndirəcək, müsbət siqnallara müsbət siqnallarla cavab verəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2040

Oxşar yazılar