Ölkə başçısının Sərəncamı ilə Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edildi.
Maraqlıdır, prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi kimdir?
Lent.az xəbər verir ki, onun barəsində olduqca məhdud informasiya mövcuddur.
Məlumata görə, Fuad Vahid oğlu Nəcəfli 1975-ci ildə Naxçıvanın Şahbuz rayonunun Kolanı kəndindən anadan olub.
F.Nəcəfli bu təyinatadək Sumqayıt Texnologiyalar Parkının nəzdində yaradılan MMC-lərdən birində yüksək vəzifədə çalışıb.
Belə ki, o, "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Müşahidə Şurasının üzvü olub.
Qeyd edək ki, Prezident İlham Əliyev Fuad Nəcəflini qəbul edib. Dövlət başçısı ona müvafiq tapşırıqlarını verib.
Səlahiyyətli nümayəndə Prezident İlham Əliyevi əmin edib ki, bütün fəaliyyət dövlət başçısının siyasəti üzərində aparılacaq, ölkə miqyasında həyata keçirilən genişmiqyaslı islahatların Naxçıvan Muxtar Respublikasında da təmin edilməsi işində səylərini əsirgəməyəcək.