NATO-nun  yeni baş katibi   ola bilər
22 fevral 2024 15:45 (UTC +04:00)

NATO-nun yeni baş katibi ola bilər

NATO-nun növbəti baş katibi kimin ola biləcəyi məlum olub. 

Lent.az bildirir ki, “Politico” qəzetinin mənbəyə istinadən yazdığına görə, namizədi ABŞ prezidenti Co Bayden təklif edib.

O, hesab edir ki, bu postu Hollandiyanın baş naziri Mark Ryutte tuta bilər.

Bundan başqa, mediada iddia edilir ki, onun namizədliyini alyans ölkələrinin başçılarının təxminən üçdə ikisi dəstəkləyir. Qəzet yazır ki, Hollandiya baş nazirinin Amerika prezidentindən dəstəyi onun tərəfdarlarının sayını daha da artıracaq. Nəşr hesab edir ki, Ryuttenin müraciəti NATO-nun iyul sammitindən əvvəl təsdiqlənəcək.

Bundan əvvəl alyansın baş katibi postuna Estoniyanın baş naziri Kai Kallas və Latviyanın xarici işlər naziri Krişyanis Karinşa namizəd hesab edilib.

Hazırda NATO-nun rəhbəri postunu Yens Stoltenberq tutur. Onun səlahiyyət müddəti 2024-cü ilin oktyabrında başa çatır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4005
avatar

Oxşar yazılar