Münxendə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilir - YENİLƏNİB
17 fevral 2024 14:35 (UTC +04:00)

Münxendə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilir - YENİLƏNİB

Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşü başlayıb.

Lent.az-ın məlumatına görə, bu barədə APA-nın Münxenə ezam olunmuş əməkdaşı xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşünün ardından Almaniya Kansleri Olaf Şolts otağı tərk edib.

Görüş ikitərfli formatda davam edir.

***
Saat: 13:47

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü başlayıb.

Lent.az-ın məlumatına görə, APA-nın Münxenə ezam olunmuş əməkdaşı xəbər verir ki, görüş Almaniya Kanslerinin təşəbbüsü ilə baş tutur və Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilir.

# 3963
avatar

Oxşar yazılar