Mehriban Əliyeva gimnastlarımızı təbrik etdi - FOTO
21 may 2023 20:50 (UTC +04:00)

Mehriban Əliyeva gimnastlarımızı təbrik etdi - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva mayın 21-də qrup hərəkətləri komandamızın Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının qalibi olması münasibətilə instaqram hesabında paylaşım edib.

APA xəbər verir ki, Mehriban xanım Əliyeva paylaşımında parlaq qələbə münasibətilə gimnastlarımızı təbriklərini çatdıraraq qeyd edib: “Ura! Sizi təbrik edir, sizinlə fəxr edirəm! Çox möhtəşəmsiniz! Əməyinizə, qələbə əzminizə, gözəlliyinizə və zərifliyinizə görə çox sağ olun!”

Xatırladaq ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komandamız üç lent və iki topla hərəkətlərdə uğurla çıxış ediblər. Gimnastlarımızın möhtəşəm çıxışı hakimlər tərəfindən 32,250 xalla qiymətləndirilib.

 

# 1857
avatar

Oxşar yazılar