Lukaşenkodan Putinin səhhəti ilə bağlı  AÇIQLAMA
19 mart 2022 15:02 (UTC +04:00)

Lukaşenkodan Putinin səhhəti ilə bağlı AÇIQLAMA

1

Rusiya prezidenti Vladimir Putin indi həmişəkindən daha formadadır. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Rusiya liderinin vəziyyətini Belarus prezidenti Aleksandr Lukaşenko Yaponiyanın TBS telekanalına müsahibəsində belə qiymətləndirib.

“Prezident Putinin fiziki cəhətdən xəstə olduğunu və ya nəyinsə baş verdiyini düşünürsünüzsə... Putin həmişəkindən daha adekvatdır, həmişəkindən daha yaxşı formadadır. O, öz funksional vəzifələrini yeni konstitusiyaya uyğun həyata keçirir”, - Lukaşenko vurğulayıb.

Onun sözlərinə görə, Putinin guya səhhətində problemlər olması ilə bağlı yayılan xəbərlərin hamısı Qərb dövlətlərinin dövlət başçısının etibarını sarsıtmaq üçün yaydıqları şayiələrdir.

Lukaşenkonun vurğuladığı kimi, o, Rusiya lideri ilə dəfələrlə görüşüb və onunla mehriban münasibətdədir, ona görə də o, bütün dövlət və şəxsi məsələlərlə bağlı “mümkün qədər” məlumatlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 3497

Oxşar yazılar