Lent.az “Mister prezident” rubrikasında dünya liderlərinin həyatı haqqındda maraqlı məlumatları təqdim edir. İlk seçimimiz Fransa prezidenti Emmanuel Makrondur.
Makron Fransa tarixində 39 yaşında vəzifəsinə başlayan ən gənc prezidentdir. Onun siyasi qərarları ilə bağlı çoxlu suallar ola bilər, lakin bir şeyi mübahisə etmək olmaz: Makron öz nəslini və zamanının tələblərini gözəl bilir. O, sosial şəbəkələrdə fəal iştirak edir, tez-tez yumorıstik videolar çəkir. Televiziyada göstərilməyən kadrları sosial şəbəkədə yayır, prezident həyatının pərdəarxası barədə qısa filmlər çəkir və nümayiş etdirir. Bu filmlərdə Makronun görüşlərdən əvvəl əsəbiləşməsi və ya zənglər zamanı özünü necə aparması barədə kadrlar yer alır.
İndi eleqant və ciddi kişi kimi görünən Makronun gəncliyində tamaşalarda müqəvva rolunda oynadığını bilirdinizmi?
Makronun həyatında güclü valideyn fiquru böyük rol oynayıb. Söhbət onun nənəsi Germani Noqadan gedir. Makronun valideynləri həkim idilər və çox işləyirdilər, buna görə də gələcək prezidentin təhsili ilə bağlı məsələlər nənəyə həvalə edilmişdi. Onu siyasətçi kimi özünə inandıran nənəsi olub. Makron nənəsinə çox bağlı idi. Makronun nənəsi öləndə keçmiş prezident Fransua Olland basağlığını gec verdiyi üçün münasibətləri korlanmışdı.
Makron hərdənbir nənəsi ilə birlikdə getdiyi şirniyyat evinə baş çəkməyi, onu xatırlamağı sevir.
O, ölkəsinin ən yaxşı universitetlərində oxuyub, bank sektorunda çalışıb və 36 yaşında “Kinder Surprise” ləqəbi alıb. Gözlənilmədən nazir postuna keçdiyi və bu postu tərk edib öz partiyasnı yaratdığı üçün.
Makrondan söz düşmüşkən, onun özündən 24 yaş böyük xanımından söz açmamaq olmaz. 15 yaşında ləyaqətli ailədən olan oğlan öz fransız dili müəlliminə aşiq olur, 20 yaşında onunla evlənir. Bricit tələbəsinin xatirinə ərini və 3 uşağını tərk edib Parisə köçür. Amma bu onun üçün pis seçim sayılmaz. 64 yaşlı Bricit 39 yaşlı prezidentin xanımı olaraq birinci ledi olub. Baxmayaraq ki, onu çox zaman çirkin hesab edib Makrona yaraşdırmırlar.
Gələcək siyasətçi həyat yoldaşı ilə hələ Amiensdəki liseydə oxuyarkən tanış olub. Makronun valideynləri müəllimi ilə mehriban əlaqəsini kəsmək üçün onu Parisə oxumağa göndərmək qərarına gəldikdə, o, sevgilisinə onunla evlənəcəyinə söz verib. Makron sözünü tutur. Cütlük 2007-ci ildə ailə həyatı qurur.
Makron yaşına görə xanımının 3 övladından, yəni özünün övladlıqlarından kiçikdir. Buna görə bəzən ona məzhəkəylə ailənin "sonbeşiyi" də deyirlər.
Makron peşəkar pianoçudur, Amyen Konservatoriyasından fortepiano üzrə diplom alıb və hətta müsabiqələrdə mükafatlar qazanıb. Prezident hətta “Yelisey sarayının Motsartı” ləqəbini də alıb.
Fransız ədəbiyyatının böyük bilicisidir, Molyeri əzbərdən oxumağı bacarır.
Emmanuel Makron təkcə futbol azarkeşi deyil, həm də yaxşı futbolçudur.
Siyasi Araşdırmalar İnstitutunda oxuyarkən Makron fəlsəfə ilə maraqlanıb və filosofun assisenti olub.
Makronun kostyum ustaları ona həmişə eyni stildə paltarlar tikirlər. Prezident tünd göy və boz rənglərdə klassik fransız üslublu kostyumlar geyinməyi sevir. Ən dəbli və zövqlü geyinən ölkə rəhbərlərindən biri hesab olunur.