İrandakı səfirliyimizə  hücum edənin   məhkəmə iclası keçirildi
27 yanvar 2024 18:49 (UTC +04:00)

İrandakı səfirliyimizə hücum edənin məhkəmə iclası keçirildi

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az APA-ya istinadən bildirir ki, bu barədə IRNA məlumat yayıb.

Məhkəmə iclası təqsirləndirilən şəxs və onun vəkillərinin iştirakı ilə keçirilib.

Məhkəmə iclasında Azərbaycan səfirliyinin bir sıra məsul şəxsləri də iştirak edib.

İclasın əvvəlində təqsirləndirilən şəxsə hakim izahat verib və prokurorun nümayəndəsi ittiham aktını oxuyub.

Yayımlanan ittiham aktına əsasən, Azərbaycanın səfirliyinə hücum edən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah saxlamaqda, gəzdirməkdə və ictimai asayişi pozmaqda ittiham olunur.

Prokurorun nümayəndəsi ittiham aktını oxuduqdan sonra təqsirləndirilən şəxs və vəkili müdafiə çıxışı edib.

Sonda hakim iş üzrə icraatın başa çatmasını elan edib və məhkəmə sədri hökmün qanuni müddət ərzində çıxarılacağını vurğulayıb.

# 3171
avatar

Oxşar yazılar