Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə telefonla danışıb.
Lent.az xəbər verir ki, bu, uzun illərdən sonra iki ölkənin xarici işlər nazirlərinin telefonla danışığı olub.
Nazirlər demarkasiya məsələləri və sərhəd təhlükəsizliyi komissiyasının yaradılması, sülh danışıqlarına hazırlıq və humanitar məsələlər ətrafında fikir mübadiləsi aparıblar.