İlham Əliyevlə danışdım, dedi ki,  işi bitirdik   - Ərdoğan
21 sentyabr 2023 22:05 (UTC +04:00)

İlham Əliyevlə danışdım, dedi ki, işi bitirdik - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror əməliyatından danışıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə o Nyu-Yorkdan geri dönərkən Türkiyə jurnalistlərinin məsələ ilə bağlı suallarını cavablandırıb.

O qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin erməni tərəfinin 90 mövqeyini zərərsizləşdirməsini həlledici amildir.

“Milli müdafiə nazirimiz Yaşar Gülər ​​(Azərbaycan tərəfi ilə - red.) əlaqədə oldu və bu gün mənim də qardaşım İlham Əliyevlə danışığım olub. O, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışıma görə mənə təşəkkür etdi və "Biz işi artıq bitirdik. Heç bir problem yoxdur", - dedi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3805

Oxşar yazılar