Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev aprelin 22-də Moskvada danışıqlar aparacaqlar.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan lideri Rusiyada işgüzar səfərdə olacaq.
“Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərinin nəzərdən keçirilməsi, o cümlədən aktual regional məsələlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır”, - Rusiya prezidentinin mətbuat xidməti danışıqların əsas mövzuları barədə xəbər verir.
Məlumatda eyni zamanda qeyd edilir ki, hər iki ölkənin rəhbərləri İlham Əliyevin atası, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amur magistralının tikintisinin veteranları ilə görüşəcəklər.