Milli Məclisin sabiq deputatı , YAP-ın Veteranlar Şurasının üzvü Hüseynbala Mirələmovun sosial şəbəkədə yayılan biabırçı videosu ilə bağlı Yeni Azərbaycan Partiyasından münasibət bildirilib.
Partiyanın sözçüsü Hüseyn Paşayev Lent.az-a bildirib ki, sözügedən hadisə ilə bağlı sabiq deputat barəsində hansı qərar veriləcəyini hələ bilmir:
“YAP-ın rəsmi münasibətindən əlavə olaraq demək istəyirəm ki, bu Azərbaycan ziyalısı üçün xoşagəlməz haldır. Deputatın bu hərəkəti həm üzvü olduğu partiya, həm də cəmiyyət tərəfindən qınanılır”.
H.Paşayev biabırçı video ilə bağlı partiyanın əlavə münasibətini açıqlayacağını vurğulayıb.