Erməni hərbiçilərin əsirlərə işgəncə verməsi ilə bağlı görüntü
20 dekabr 2020 15:22 (UTC +04:00)

Erməni hərbiçilərin əsirlərə işgəncə verməsi ilə bağlı görüntü

Hərbi əsirlərin ermənilərin işgəncələrinə məruz qalması barədə YENİ FAKT-VİDEO

Azərbaycanlı əsgərlərin Erməni hərbiçiləri tərəfindən qeyri-insani rəftar və işgəncələrə məruz qalması ilə bağlı faktlar ortaya çıxıb, bunu əks etdirən video yayılıb.

Ombudsman aparatından APA-ya verilən məlumata görə, bu videoda Ermənistan silahlı qüvvələri tərəfindən əsir olaraq ələ keçirilmiş Azərbaycanlı əsgərlərin Erməni hərbiçiləri tərəfindən qeyri-insani rəftar və işgəncələrə məruz qaldıqları görünür.

Əsir və girovluqda olan soydaşlarımıza qarşı işgəncə hallarına son verilməsi və onların qaytarılması ilə bağlı Azərbaycan Ombudsmanı mandatı çərçivəsində aidiyyəti beynəlxalq qurumlara müraciətlər edib və bu məsələni davamlı olaraq beynəlxalq ictimaiyyətin diqqətində saxlayır.

Sözügedən videonu təqdim edirik:

# 6237
avatar

Oxşar yazılar