Dənizçilərimiz NATO təlimində
09 noyabr 2021 17:22 (UTC +04:00)

Dənizçilərimiz NATO təlimində

Hərbi dənizçilərimiz NATO təlimində - FOTO

Türkiyə Respublikasında keçirilən "Doğu Akdeniz-2021" çoxmillətli dəniz təlimində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin Gəmi Axtarış Qrupunun 2-ci səviyyəli qiymətləndirilməsi keçirilib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Gəmi Axtarış Qrupunun qiymətləndirilməsi çoxmillətli qiymətləndiricilər tərəfindən həyata keçirilib və NATO-nun Hərbi Dəniz Qüvvələri Komandanlığını təmsil edən  Müşahidə Heyəti tərəfindən izlənilib.

Təlimdə şərti terrorçu qrup tərəfindən zəbt edilən gəmiyə sürətli şəkildə katerlə yaxınlaşma, terrorçuların zərərsizləşdirilməsi, gəminin azad edilməsi və gəmi heyətinin təhlükəsiz şəraitdə təxliyəsi tapşırıqları yüksək peşəkarlıq nümayiş etdirilərək dəqiq və effektiv yerinə yetirilib.
Qeyd edək ki, qiymətləndirilmənin keçirilməsində məqsəd NATO-nun Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş bölmələrin döyüş hazırlığının, fəaliyyətinin və təchizatının NATO standartlarına uyğunluğunun yoxlanılmasından ibarətdir.

# 1803
avatar

Oxşar yazılar

Media reyestrinə etiraz edənlər:  onlar nə istəyirlər?

Media reyestrinə etiraz edənlər: onlar nə istəyirlər?

6 fevral 2023 , 19:19
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunun TAM TƏFƏRRÜATI  -VİDEO

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunun TAM TƏFƏRRÜATI -VİDEO

6 fevral 2023 , 16:38
Mətbuat xidməti əməkdaşları  jurnalist hesab edilmirlər   - RƏSMİ

Mətbuat xidməti əməkdaşları jurnalist hesab edilmirlər - RƏSMİ

6 fevral 2023 , 16:11
Azərbaycanlı tanınmışlardan zəlzələ ilə bağlı paylaşım - FOTO

Azərbaycanlı tanınmışlardan zəlzələ ilə bağlı paylaşım - FOTO

6 fevral 2023 , 14:29
Kler Fransisk, britaniyalı səyyah

Səyyah: İstisunu gördüm, vanna qəbul etmək istərdim

5 fevral 2023 , 12:10
Beynəlxalq səyyahların Kəlbəcərə səfəri

Beynəlxalq səyyahlar Kəlbəcərdə İstisuda olublar-FOTO

5 fevral 2023 , 10:19
“Terrorçuya “ruhi xəstə” adını İranı idarə edən ruhi xəstələr verib” – DEPUTAT DANIŞDI

“Terrorçuya “ruhi xəstə” adını İranı idarə edən ruhi xəstələr verib” – DEPUTAT DANIŞDI

3 fevral 2023 , 18:09
Zakir Həsənov Hulusi Akarla təlimi izlədi - FOTO

Zakir Həsənov Hulusi Akarla təlimi izlədi - FOTO

2 fevral 2023 , 17:28