Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, o, həmişə Rusiyanı Gürcüstanın düşməni hesab edib.
Lent.az xarici mediaya istinadən bildirir ki, Zurabişvili Rusiyanın müstəqillik əldə etdikdən sonra Gürcüstana qarşı mənfi münasibət göstərdiyini irəli sürüb. Onun sözlərinə görə, o və qohumlarında həmişə bu hiss olub.
“Bəlkə – mən bilmirəm – Rusiyada kimsə düşünür ki, qonşusu ilə fərqli münasibət ola bilər. Amma bu gün bu yoxdur, oradan Rusiyanın şüurunun və ya qonşuları ilə bərabərhüquqlu münasibətlər qurmaq istəyinin olduğunu göstərən bir dənə də olsun işarə yoxdur”, - Gürcüstan prezidenti bildirib.
Zurabişvili onu da vurğulayıb ki, atası Levan Zurabişvili kimi o da Gürcüstan xalqını birləşdirməyi mümkün hesab edir, ona görə ki, ölkənin bir düşməni var - Rusiya.