Gürcü jurnalistlər işğaldan azad olunmuş ərazilərə səfər edəcəklər
21 sentyabr 2021 08:47 (UTC +04:00)

Gürcü jurnalistlər işğaldan azad olunmuş ərazilərə səfər edəcəklər

Gürcüstandan olan bir qrup jurnalistlərin, bloger və akademiklərin işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfəri təşkil olunub.

APA xəbər verir ki, onlar Füzuli və Cəbrayıl rayonlarına gedərək, orada minatəmizləmə əməliyyatları ilə tanış olacaqlar.

Eyni zamanda, ermənilərin işğal müddətində törətdikləri dağıntılarla da tanış olacaqlar. Səfər zamanı qonaqların dağıdılmış mədəni, tarixi və dini abidələrə baş çəkəcəkləri gözlənilir.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bir qədər özünün “Twitter” səhifəsində yazaraq həmin şəxslərlə görüşdüyünü və bir sıra mövzularda səmimi söhbət aparıqlarını bildirib.

# 2364
avatar

Oxşar yazılar