Fransa kəşfiyyatının Afrikada, Qafqazda və Avropada biabırçı uğursuzluqları - FAKTLAR
29 dekabr 2023 16:04 (UTC +04:00)

Fransa kəşfiyyatının Afrikada, Qafqazda və Avropada biabırçı uğursuzluqları - FAKTLAR

Dekabrın 21-də Azərbaycan xüsusi xidmət orqanlarının uğurlu əməliyyatı nəticəsində ölkə ərazisində Fransa kəşfiyyat şəbəkəsinin ifşa edilməsi barədə məlumat yayıldı. Hadisələrin məntiqi ardıcıllığı olaraq, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırıldı, səfirliyin 2 əməkdaşının diplomatik statuslarına uyğun olmayan fəaliyyətinə görə “persona-non-grata” elan olunduğu 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib. 

Göründüyü kimi, Azərbaycan xüsusi xidmət orqanları Fransa xarici kəşfiyyat xidmətindən olan həmkarlarını planlarını aşkara çıxararaq, onlara professionalı master-klass keçdilər.

Lent.az xatırladır ki, Azərbaycanda casus şəbəkəsinin çökdürülməsi barədə xəbərdən 1 gfün öncə - dekabrın 20-də Fransa Prezidenti Emmanuel Makron Nazirlər Şurasının iclası zamanı Beşinci Respublikanın xarici kəşfiyyat xidmətinin (DGSE) rəhbəri Bernar Emyeni qalmaqallı şəkildə işdən çıxardı. İstefaya səbəb kimi DGSE-nin Afrikada uğradığı ciddi uğursuzluqlar fonunda Bakıdakı hadisənin son damla olması ehtimalıdır.

Makron Bernar Emyenin yerinə xarici kəşfiyyat xidmətinə şəxsi dostu, Fransa əks-kəşfiyyatının (DGSI) rəhbəri Nikola Lerneri təyin edib.

Sentyabr ayında Bernar Emyenin müavini, dörd ulduzlu general Olivier Bonnet de Payere DGSE-dən istefa verdi. Fransa kəşfiyyatının ardıcıl uğursuzluqlarından Makronun artan narazılığını görən general, özü istefa verdi və şəxsi biznesə keçdi. Ümumiyyətlə, Beşinci Respublikanın Prezidentinin kəşfiyyat xidmətinə qarşı qəzəbi çoxdan yığılırdı.

Bu narazılıq barədə mətbuata da məlumatlar sızdırılırdı.

“Le Canard Enchaîné” həftəliyinin yazdığına görə, 2023-cü il iyulun 29-da Müdafiə Şurasının iclası zamanı Makron Bernard Emyeni sərt tənqid edib:

“Makron, agentləri Nigerdə ​​gələcək çevrilişi qabaqcadan görməyən DGSE-yə qəzəblidir. Müdafiə Şurasının iclasının ortasında Prezident kəşfiyyat rəhbərinə qəzəblə: "Malidən sonra Niger, bu çox oldu!", - deyə hiddətini ifadə edib.

Makron Bernar Emyeni rəhbərlik etdiyi DGSE-nin agentlərinin Mali və Nigerdə ​​dövlət

çevrilişlərinin baş verəcəyini və Rusiyaya dost olan hərbçilərin hakimiyyətə gələcəyini öncədən bilməməkdə və zəif casusluq fəaliyyətində ittiham edib.

Həqiqətən də, son aylarda DGSE kəşfiyyat xidməti olaraq davamlı uğursuzluqlarla üzləşdi. Uzun illər diplomat kimi çalışan Bernar Emyenin milli kəşfiyyatın başında olması açıq səhv idi və bu uğursuzluq yerli siyasətçilər və media tərəfindən də işıqlandırıldı.

“Bernar Emyeni 1998-2014-cü illər arasında səfir və konsul vəzifələrində çalışıb. O, Nazirlik kabinetlərində çalışıb, normal insandır, oxumağı və yazmağı bacarır”, - deyə Tyerri Meysan tərəfindən təsis edilən “Bulvar Voltaire” portalı rişxənd edərək yazırdı. Portal 2017-ci ildən bəri Emmanuel Makronun özünü “eqolu və uğursuz kadrlarla əhatə etməyə başladığını” qeyd edirdi.

Emyenin DGSE rəhbəri postunda sələfi Bernar Bajole də qalmaqallı reputasiyaya malik idi. Belə ki, o, 2016-cı ildə isveçrəli iş adamı Alen Dümenillə bağlı “hədə-qorxu ilə pul tələb etmə” və “dövlət səlahiyyətlərinə malik şəxsin səlahiyyətlərindən sui-istifadə etmək” maddələri ilə ittiham olundu.

"DGSE gizli fondundan on milyonlarla pulun boşa getməsi inanılmaz bir hekayədir. Bu son biabırçılıq Fransa xarici kəşfiyyatını adını ləkələyən axmaqlıqların uzun siyahısının sadəcə bir hissəsidir”, – məşhur fransız publisist və yazıçısı Tomas Ditrix bu qalmaqala münasibət bildirib.

Maraqlıdır ki, Bajoleyə qarşı ittihamları onun xələfi Bernar Emyer irəli sürüb. Bununla o, özünü bacarıqlı intriqan, lakin qeyri-peşəkar kəşfiyyatçı kimi göstərib.

“O, Yelisey sarayında avqustda Nigerdə ​​fransız qoşunlarının ölkədən çıxarılmasına səbəb olan çevrilişi, eləcə də Malidə bundan əvvəlki çevrilişi qabaqcadan görmədiyi üçün tənqid olundu. Eynilə, DGSE, bütün hökumət aparatı kimi, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya müdaxiləsini qabaqcadan görə bilmədi. Yaxud 2021-ci ilin sentyabrında Avstraliya ilə sualtı qayıqların tədarükü ilə bağlı müqavilənin qəfil ləğvi bu uğursuzluqlara aiddir. Fransa kəşfiyyatının Qəzza zolağında zəif fəaliyyəti də rəsmi Parisin xeyrinə olmadı”, - ölkənin “l’Opinion” qəzeti yazır.

Bernar Emyenin işdən çıxarılmasından bir həftə əvvəl Burkina-Fasoda diplomatik pasportlarla respublikaya gələn dörd DGSE agenti həbs edildi. Bu, onlarla kəşfiyyatçının təcili olaraq Burkino-Fasodan getməsinə səbəb olub. Burkina-Faso səlahiyyətliləri isə onlarda fransızlar tərəfindən ölkə ərazisində casusluq etdiklərinə dair faktların olduğunu açıqlayıb. Həbs edilən agentlər hələ də istintaq təcridxanasındadır və onlara konsulluq yardımı göstərilir.

Bəs görəsən, istər Afrikada, istər Yaxın Şərqdə və istərsə də Qafqazda DGSE kimi bir vaxtların güclü kəşfiyyat orqanının belə kütləvi uğursuzluqlarının səbəbi nədir?

Fransa mediası səbəblərdən biri kimi fransız kəşfiyyatçılarının ağır maliyyə vəziyyətinə diqqət çəkir.

Daha bir səbəb kimi fransız kəşfiyyatçılarının açıq-aşkar peşəkar olması ilə bağlıdır.

Belə ki, 2018-ci ildə Fransanın BMFTV televiziya kanalı “DGSE agentləri onların hərəkətlərini və şəxsiyyətlərini ortaya qoyan “Strava” adlı pulsuz mobil tətbiqetmədən istifadə sayəsində asanlıqla aşkarlanıb müəyyən edilir”, - deyə məlumat verib.

İstifadəçi hesabları əsasında bu tətbiqlə bir çox DGSE agentlərini aşkar etməyə, geolokasiyasını müəyyən etməyə imkan verib.

“DGSE agentləri tərəfindən “Strava”-nın istifadəsi onlardan birinin İraqda gizlənərkən geolokasiyasını təyin etməyə imkan verdi. Daha bir neçə agent Fransanın ən mühüm dinləmə stansiyalarından birinin yaxınlığında və Afrikada yerləşən başqa bir dinləmə stansiyasının yaxınlığında aşkarlanıb. Jurnalistlər həmçinin, “Strava” tətbiqi vasitəsilə Fransanın xaricdəki gizli hərbi bazasının dəqiq yerini öyrənə biliblər”, - deyə Fransanın “Le Point” həftəliyi yazıb.

Fransa xarici kəşfiyyat xidmətinin işçilərinin tam diqqətsizliyi sayəsində 2012-ci ildə DGSE qərargahının gizli planları ictimaiyyətə məlum oldu. 2012-ci ilin avqustunda Yelisey sarayı, Daxili İşlər Nazirliyi, Paris polis qərargahı və 9 000 dövlət və özəl binanın planları Lion şəhərində kəşfiyyat agentinin avtomobildən oğurlanaraq internetə yerləşdirildi. Həmin məxfi sənədlər bütün təlimatlara zidd olaraq USB disklərdə və şifrələnməmiş sərt disklərdə saxlanılırdı.

İşçilərin açıq-aşkar qeyri-peşəkarlığı, DGSE rəhbərliyinin şübhəli qərarları və məxfi məlumatların qorunması üçün əsas tədbirlərə laqeyd yanaşması qurumun bir çox məxfi sənədlərinin internetə sızdırılması ilə nəticələnib.

Hazırda Fransa xarici kəşfiyyat xidmətinin (DGSE) beynəlxalq imicinə ağır zərbə vurulduğunu söyləmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4494
avatar

Vüqar İsmayılov

Oxşar yazılar