Ermənilərin Bərdəyə atdığı bomba ilə bağlı "TIME" jurnalında FOTO
19 dekabr 2020 14:47 (UTC +04:00)

Ermənilərin Bərdəyə atdığı bomba ilə bağlı "TIME" jurnalında FOTO

"TIME" jurnalı 2020-ci il üçün "İin 100 fotosu" nu dərc etdi.

APA -nın xəbərinə görə, 2020-ci ilin 100 fotosu arasında oktyabrın 28-də Ermənistan hərbi qüvvələrinin Bərdəyə atdığı kasetli bomba nəticəsində həlak olan Fuad İsmayılovun və onun bacısının yer aldığı foto da var. 

Fotonun müəllifi "New-York Times" fotoqrafı Ivor Prickettdir.

Xatırladaq ki, oktyabrın 28-də erməni hərbçilərinin Bərdənin mərkəzinə atdığı raket 21 nəfərin ölümünə, 80-dən çox insanın yaralanmasına səbəb olub.

# 1284
avatar

Oxşar yazılar