Ermənilərin Ağdamda səngər qazmasına  imkan verilmədi
16 sentyabr 2023 14:24 (UTC +04:00)

Ermənilərin Ağdamda səngər qazmasına imkan verilmədi

Sentyabrın 16-sı saat 13 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2452

Oxşar yazılar