Ermənilər Kəlbəcəri yenə atəşə tutdular
14 avqust 2023 13:19 (UTC +04:00)

Ermənilər Kəlbəcəri yenə atəşə tutdular

Avqustun 14-də saat 09:20-dən 12:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun  Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Lent.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

# 1473
avatar

Oxşar yazılar