Mayın 8-i saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə ekskavatorumuzu atəşə tutub.
Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.