12:36 26 fevral 2021

Ərdoğandan Xocalı faciəsinin ildönümü ilə bağlı PAYLAŞIM

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

APA xəbər verir ki, paylaşımda deyilir: “29 il əvvəl Xocalıda amansız şəkildə qətlə yetirilən azərbaycanlı qardaş-bacılarımızı rəhmətlə yad edirəm...

İllər keçsə də, ağrı-acısını unutmayacağımız, hüznünü təkrar-təkrar yaşayacağımız Xocalı qətliamının 29-cu ildönümündə qadın, uşaq, yaşlı demədən vəhşicəsinə qətlə yetirilən 613 Azərbaycanlı qardaş-bacımızı rəhmətlə anır, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm.

Tək millət, iki dövlətik...

Türkiyə haqlı mübarizəsindən Azərbaycanın yanında olmağa davam edəcək".

# 771
avatar

Oxşar yazılar