Ərdoğan 18 ildən sonra CHP-nin ofisinə  gedib -VİDEO
11 iyun 2024 17:14 (UTC +04:00)

Ərdoğan 18 ildən sonra CHP-nin ofisinə gedib -VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Cümhuriyyət Xalq Partiyasının (CHP) Baş qərargahına gedib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidenti CHP sədri Özgür Özellə görüş keçirir.

Görüş zamanı daxili və xarici siyasətə dair bir sıra məsələnin müzakirə ediləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, bu, Ərdoğanın 18 ildən sonra CHP-nin Baş qərargahına ilk səfəridir. Ərdoğan 2006-cı ildə ovaxtkı sədr Deniz Baykalla CHP-nin Baş qərargahında görüşmüşdü.

Xatırladaq ki, Ərdoğanla Özgür Özel arasında ilk görüş mayın 2-də AKP-nin Baş qərargahında keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2313
avatar

Oxşar yazılar