Əli İnsanov İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədi
18 dekabr 2023 13:21 (UTC +04:00)

Əli İnsanov İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədi

Haqq Ədalət Partiyasının Mərkəzi Qərargahında partiyanın İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib.

Lent.az-ın xəbərinə görə, iclasda İdarə Heyətinin üzvləri, HƏP Bakı şəhəri rayonları və Abşeron rayonu təşkilatlarının sədrləri, Respublika Regional Mərkəzlərin rəhbərləri (5 nəfər onlayn), HƏP Ali Məclisinin sədr müavinləri, HƏP Ali Məclisinin 14 komissiya sədrləri, HƏP Mərkəzi İcra Aparatının müavinləri, HƏP Sədrinin müşavirləri, Ağsaqqallar Şurası, Qadınlar Şurası və Gənclər Təşkilatının rəhbərləri və partiyanın aparıcı üzvləri iştirak ediblər.

HƏP sədri Əli İnsanov qeyd edib ki,  2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi qərara alınıb. 2023-cü il dekabrın 15-də hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin geniş iclasında prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin namizədliyi irəli sürülüb və yekdilliklə qəbul edilib.

Əli İnsanov deyib ki, İlham Əliyevin növbədənkənar prezident seçkilərində namizədliyi barədə YAP-ın qəbul etdiyi qərarı dəstəkləməliyik: “Azərbaycan Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi 20 ildə həyata keçirdiyi işlər və böyük nailiyyətlər bizə tam əsas verir ki, deyilən qərarı dəstəkləyək və müvafiq qərar qəbul edək”.

İclasın sonunda Haqq Ədalət Partiyası adından 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə yekdilliklə qərar və bəyanat qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3966
avatar

Oxşar yazılar