Əli Əliyevlə bağlı məhkəmədən  YENİ QƏRAR
22 iyun 2022 12:40 (UTC +04:00)

Əli Əliyevlə bağlı məhkəmədən YENİ QƏRAR

Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyevin barəsində olan hökmdən verilən kasasiya şikayətinə baxılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov bildirib.

Vəkilin sözlərinə görə, şikayətə Ali Məhkəmədə Əziz Seyidovun sədrliyi ilə baxılıb, şikayət təmin edilməyib.

Xatırladaq ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.

İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Şikayətlərdə göstərilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Xüsusi ittihamçıların şikayətləri ayrı icraatda araşdırılıb.

Yanvarın 13-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, Əli Əliyev 5 ay müddətinə həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3219
avatar

Oxşar yazılar