Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunub.
APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Humay Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Humay Elçin qızı Əfəndiyeva Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.
Humay Əfəndiyeva daha sonra and içib.