“Suqovuşanın möhtəşəm təbiəti var”.
Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı bildirib.
Səfir bundan əvvəl Azərbaycanın işğaldan azad edilmiş Füzuli, Ağdam, Şuşa şəhərlərinə də səfər etdiyini xatırladıb: “Qarabağın hər yeri gözəl və dəyərlidir. Mən səfir təyin ediləndə demişdim ki, Qarabağ Azərbaycanın qəlbidir. İnşaallah, yaxın zamanlarda Qarabağ ağıllı şəhər və kəndləri, təsərrüfatı, məhsulları ilə də məşhur olacaq. Burada çox gözəl tut ağacları var. İnşallah, dünyanın ən keyfiyyətli ipəyi də burada istehsal olunacaq”.