Baş nazir Castin Tryudonun Liberal Partiyasından olan kanadalı deputat videokonfrans əsnasında digər həmkarları qarşısında tamamilə çılpaq görünməkdən utanıb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, maraqlı hadisə aprelin 14-də keçirilən virtual parlament iclasında İcmalar Palatasının deputatı Uilyam Amosun başına gəlib. Digər deputatlar onun fotosunu çəkməyə macal tapıblar.
Amos özü hadisəni "uğursuz bir səhv" adlandırır.
"Qaçışdan sonra iş paltarına keçərkən kameram təsadüfən yandırılıb”, - siyasətçi olayı belə izah edib.
O, həmkarlarıdan üzr istəyərək onlara bir daha bu cürhadisənin baş verməyəcəyinə əmin edib.
Daha sonra Liberal Partiyasının parlament təşkilatçısı Mark Holland, həmkarının izahatlarından məmnun olduğunu söyləyib və Amosun yaşananlar səbəbiylə "tamamilə depressiyaya düşdüyünü" qeyd edib.
O, Uilyam Amosun hərəkətlərində heç bir kin olmadığına inanır, ancaq həmkarlarını həmişə işləyən video zənglərə son dərəcə məsuliyyətlə yanaşmağa çağırır.