Deputat iclasa  sərxoş   gəldi -  VİDEO
13 mart 2024 19:49 (UTC +04:00)

Deputat iclasa sərxoş gəldi - VİDEO

“Vahid Rusiya” partiyasından olan Dövlət Dumasının deputatı Sergey Veremeenko parlamentin iclasına çox yorğun və ya bəlkə də sərxoş halda gəlib. Bununla əlaqədar olaraq spiker Vyaçeslav Volodin onun sualını kəsməli olub.

Lent.az xarici mediaya istinadən bildirir ki, deputat xarici müdaxilə ilə mübarizə komissiyasının rəhbəri Vasili Piskarevə sual vermək niyyətində olub, lakin sualın mahiyyəti aydın olmayıb.

"Həqiqətən, biz keçən dəfə bu məsələni müzakirə etmişdik və indi qeyri-dost qüvvələrin demək olar ki, hər bir hərəkətinə qarşı bizim əks reaksiyamız var. Bu, çox yaxşıdır. Amma. Düşünmək istərdim ki, onlara necə cavab verəcəyik? Yoxsa yenə deyəcəklər: “Ah, siz gətirmisiniz... bu, əslində dəhşətli silahdır”, - deputat söyləyib.

Deputat həddən artıq anlaşılmaz danışıb və Volodin müdaxilə etmək məcburiyyətində qalıb, Veremeenkonu saxlayıb və sözü Piskarevə verib. Cavabında Piskarev sualın məzmunundan tam əmin olmasa da, suala görə minnətdarlığını bildirib.
 

# 6735
avatar

Oxşar yazılar