Dəhlizin əleyhinə çıxan Paşinyan:  Özünə və ölkəsinə qəbir qazır!
24 noyabr 2021 15:21 (UTC +04:00)

Dəhlizin əleyhinə çıxan Paşinyan: Özünə və ölkəsinə qəbir qazır!

Noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının görüşü olacaq. Görüşdə bir sıra məsələlərin, o cümlədən nəqliyyat və kommunikasiyaların açılmasının, sərhədlərin delimitasiya və demarkasiyasının müzakirə olunacağı gözlənilir. Həmçinin, Soçidə Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşü də nəzərdə tutulur.

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan qəti şəkildə Ermənistan ərazisi boyunca nəqliyyat dəhlizlərinin açılmasının əleyhinə çıxış edir. O, fikrini belə əsaslandırır ki, üçtərəfli bəyanatda dəhliz ifadəsi yoxdur. Üçtərəfli bəyanatın 9-cu bəndində dəhliz ifadəsi işlədilməmişdir. Bununla bərabər, həmin bənddə maneəsiz hərəkət ifadəsi yer almışdır ki, bu da nəzarət-buraxılış məntəqəsi olmadan hərəkəti nəzərdə tutur. 

Ermənistan hələ başa düşə bilmir ki, regionda Zəngilan dəhlizinin açılması ilk növbədə Ermənistanın öz maraqlarına xidmət edəcəkdir. Azərbaycan İran vasitəsilə və hava yolları ilə Naxçıvanın blokadadan çıxmasını hələ uzun müddət bundan əvvəl təmin edib. Eyni zamanda Naxçıvanın Türkiyə və İranla sərhədi vardır.  
Əslində, Paşinyanın görüş öncəsi dedikləri onun necə deyərlər son çığırtılarıdı. Ona görə ki, Zəngəzur dəhlizinin açılması üçün Azərbaycan postmüharibə dövründə sərhəd zonasında strateji yüksəkliklərə yiyələnib. Bu, Bakının hərbi strategiyasının ümumi dövlət maraqlarının təmin edilməsinə hesablanmış uyğunlaşdırmadır. 
Azərbaycan dəhlizin açılması üçün infrastruktur layihələrinə başlayıb. Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində - Eyvazlı və Qazançı kəndləri ərazisində nəzarət-buraxılış məntəqələri qurulub. Ermənistan qeydiyyatında olan nəqliyyat vasitələrindən Azərbaycan qanunlarına uyğun olaraq rüsum toplanılır. Vəziyyətin bu həddə gətirilməsində günahkar Ermənistan özüdür. Paşinyanın iddia etdiyi Tatev yolu istifadəyə yararsızdır. Yük avtomobillərinin hərəkəti isə ümumiyyətlə qeyri-mümkün həddədir. 

N.Paşinyan iddia edir ki, 9 noyabrda Rusiya Prezidenti V.Putinin təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan görüşün baş tutmamasının səbəbkarı o deyildir. Artıq Rusiya mənbələri də təsdiq ediblər ki, görüşün baş tutmamasının səbəbkarı məhz Paşinyandır. Diplomatik mənbələr də təsdiq edirlər ki, Ermənistan tərəfi tədbirə bir gün qalmış hər hansı səbəb göstərmədən tədbirə qatılmaqdan imtina etmişdir. Rusiya tərəfinin təklifi ilə tərəflər arasında 9 noyabrda görüşünün yekun bəyanatı da hazırlanırdı. O, bu addımı ilə Rusiyaya hörmətsizliyini növbəti dəfə nümayiş etdirmişdir. Bunun ardınca Paşinyan üçtərəfli görüşün Brüsseldə keçirilməsi üçün Avropa İttifaqına müraciət etdi və nəticə etibarilə, Rusiyanı çıxılmaz və pərt olmuş durumda qoydu. 

Digər tərəfdən bəlkə Paşinyanı başa düşmək olardı. 9-10 noyabr 2020-ci ildə o, kapitulyasiya aktını imzalamışdı. Prezident İlham Əliyev dəfələrə qeyd etmişdi ki, 9 noyabr kapitulyasiya aktını Paşinyanın harada imzalaması hələ də sual altındadır. 

Paşinyan qeyd edir ki, Zəngəzur koridoru və ya Şərqi Zəngəzur kimi terminləri Azərbaycan tərəfi uydurur və Ermənistana qarşı bununla ərazi iddiaları irəli sürür. Coğrafiya və tarixin günahkarı Azərbaycan deyildir. Ermənistanda tarix o qədər saxtalaşdırılıb ki, Paşinyan Zəngəzurun tarixini adı bilməyə bilər. Azərbaycan coğrafi-tarixi adları öz adları ilə çağırır. Məsələn dünyada Şimali Makedoniya, Cənubi Tirol, Qərbi Saxara, Şərqi Timor, Mərkəzi Afrika Respublikası kimi adlar var. Heç kim onların mövcudluğunu şübhə altına qoymur. Əgər bu ərazinin adı Zəngəzurdusa, onu başqa adla niyə adlandırmalıyıq? 
N.Paşinyan gözəl dər edir ki, Prezident, İlham Əliyev ya hərbi, ya da diplomatik yolla istəyinə çatır.. Azərbaycan prezidenti bu ilin aprelində “Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq” bəyanatını səsləndirmişdi, may ayından etibarən isə sərhəddə, o cümlədən Naxçıvanda möhkəmlənmə işlərinə start verildi və proses bu gün də davam edir. Belə olan təqdirdə, Paşinyan nəyə, kimə, hansı resurslarla, hansı səbəblərlə etiraz edir və ya öz “gücünü” göstərir? 

Bir maraqlı məqam: Paşinyan xəritələrin çox olduğunu özü etiraf edir və hətta onları şəkilli kağız adlandırır. O, Azərbaycanın tezisini təsdiq edir ki, Ermənistan-Azərbaycan sərhədləri, xüsusilə sərhədin Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətləri ilə bağlı vahid xəritə yoxdur. Onda hansı əsasla Ermənistan Azərbaycan qoşunlarının Ermənistan ərazisində olduğunu iddia edir? Azərbaycan silahlı qüvvələrinin Şərqi Zəngəzurda durduqları yer ölkəmizin suveren ərazisi hesab olunur. 

Paşinyan eyni zamanda Ermənistan ərazisində olan Azərbaycan anklavları məsələsinə toxunur (Qazax istiqaməti) və onlar barəsində danışmağın əssasız olduğunu deyir. Anklavlara gəldikdə dərhal Paşinyan da onların hüquqi əsaslandırılması barədə suallar yaranır. Əgər elədirsə, onda Azərbaycanda tam haqlı şəkildə Qərbi Zəngəzurun, Dərəlyaz və Şərqi Göyçənin və hətta İrəvanın Ermənistana verilməsinin qeyri-hüquqi xarakter daşıdığını əsaslandıra bilər. Çox da uzaq olmayan tarixdən bizə məlumdur ki, böyük miqyasda Azərbaycan əraziləri 1929-cu ildə evon Mirzəyan Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olan zaman Ermənistana verilib.
Ermənistan regionda nəqliyyat dəhlizlərini açmaqdan imtina edərsə, ölkənin kifayət qədər zəif iqtisadi vəziyyəti daha da pisləşəcək.
Ölkənin iqtisadi vəziyyət onsuz da kifayət qədər pisdir, iqtisadiyyatın bütün sahələrində tənəzzül var, xüsusən də 2020-ci ilin 44 günlük müharibəsində məğlubiyyətdən sonra vəziyyət daha da dözülməz hal alıb. Nəqliyyat kommunikasiyalarının açılması Ermənistana iqtisadi inkişaf perspektivləri verə bilər. 

# 3030
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar