Daha iki partiya qeydiyyata alındı
21 oktyabr 2021 18:01 (UTC +04:00)

Daha iki partiya qeydiyyata alındı

Azərbaycan Yüksəliş Partiyası dövlət qeydiyyatına alınıb.

Lent.az- ın məlumatına görə, bu barədə partiyanın sədri Anar Əsədli “Facebook” səhifəsində paylaşım edib.

“Azərbaycan Yüksəliş Partiyası artıq dövlət qeydiyyatına alınmış partiyaların sırasındadır.
Bu münasibətlə partiya üzvlərini və bizi sevənləri təbrik edirəm. Başladığımız çətin yolda inamla irəliləyirik. Necə deyərlər, haqq nazilər, üzülməz. Qurulduğu ilk gündən yanımızda olan, dəstəyini əsirgəməyən, bu yolda əməyi olan hər kəsə sonsuz təşəkkürümü bildirirəm.
Azərbaycan Yüksəliş Partiyası bundan sonra da seçdiyi yolda inamla addımlamağa davam edəcək” – deyə, A. Əsədli qeyd edib.
Azərbaycanda daha bir partiya - Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.
APA-nın məlumatına görə, bununla bağlı partiyanın sədri Əli İnsanov “Facebook” səhifəsində paylaşım edib.
    
Ə. İnsanov bildirib ki, 2021-ci il 21 oktyabr tarixində Ədliyyə Nazirliyində Haqq Ədalət Partiyasının Dövlət qeydiyyatına alınmasını təsdiq edən 1121-P1-0063 qeydiyyat nömrəli şəhadətnamə HƏP Mərkəzi İcra Aparatı rəhbəri Elşən Bayramlıya təqdim edilib.
 

# 2919
avatar

Oxşar yazılar