Koronavirusa yoluxan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb.
Bu barədə APA-ya M. Mirəlioğlu özü məlumat verib.
Partiya sədri bildirib ki, artıq Fonddan ona zəng edib maraqlanıblar: “İndi həkimlər göndərirlər”.
***
10:16
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu koronavirusa yoluxub.
Lent.az bildirir verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, partiya sədrinin ailə üzvlərindən də koronavirusa yoluxanlar var və evdə müalicə alan M.Mirəlioğlunun vəziyyəti yaxşı deyil. Onun ciddi müalicəyə ehtiyacı var.