"Bu məsələdə oğlumla razı deyiləm" -  İsa Qəmbər  - VİDEO
26 aprel 2023 16:45 (UTC +04:00)

"Bu məsələdə oğlumla razı deyiləm" - İsa Qəmbər - VİDEO

“İlkinin 40-a yaxın yaşı var, yetkin insandır. Və öz addımlarına, qərarlarına görə məsuliyyət daşıyır. Kiminsə sualı varsa, İlkinə yönəltsin”.

Lent.az xəbər verir ki, bu sözləri “Laf TV”nin efirində qonaq olan tanınmış siyasətçi İsa Qəmbər oğlu İlkin Qəmbərin məlum tvitinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, oğlunun fikirlərində, mövqeyində müəyyən məqamlarla razı deyiləm:

“7-8 ildir ki, biz görüşmürük, belə məsələləri üz-üzə müzakirə edə bilmirik. Telefonla yalnız "nə var, nə yox" edirik. İlkin uzun illərdir Kanadada yaşayır. Orada bir neçə azərbaycanlı ilə birgə yutub kanalı ( Kings and Generals) açıblar. Yüzlərlə tarixi film çəkiblər. Təsəvvür edin, bir neçə istedadlı azərbaycanlının yaratdığı kanal yutubda ən populyar kanallardan biridir. 3 milyona yaxın abunəsi var.

Sözügedən filmə ( Ermənistan Krallığı: Qədim Roma ilə Parfiya arasında) baxmadığım üçün onunla bağlı bir söz deyə bilmərəm, amma soyqırımla bağlı (“Erməni soyqırımı” – red.) tamam səhv mövqedədirlər. Mənə və bütün məsuliyyətli insanlara aydındır ki, heç bir soyqırım olmayıb. Təəssüf ki, bəzi insanlar təbliğatın altına düşürlər, yanlış mövqedə dururlar. Mənim üçün soyqırımla bağlı paylaşım gözlənilməz oldu. Görünür, İlkin, eləcə də bəzi gənclərlə bu mövzular ətrafında söhbət etməyə ehtiyac var. Biz gerçəkləri, həqiqətləri yaymalıyıq”.

Xatırladaq ki, İlkin Qəmbərin tvitterdə yazdığı “Bu gün erməni soyqırımının anım günüdür. Bir də heç vaxt” paylaşımı ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4110
avatar

Fidan İlqar

Oxşar yazılar