Siyavuş Novruzov
28 iyun 2024 13:13 (UTC +04:00)

Siyavuş Novruzov

"Bələdiyyəni qapıdan qovurlar" - Siyavuş Novruzov

"Torpaq satan bələdiyyə" fikiri artıq cəmiyyətdə yoxdur. Çünki bələdiyyələrə hələ elektron xəritə verilməyib. Bu bələdiyyə hansı torpaqları sata bilər?!

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, hər bir vətəndaş bələdiyyəyə torpaq almaq üçün müraciət edir: “Bu torpaq artmır, çoxalmır ki?! Nə var, odur. Şəhid ailəsi və qazilərə 1 dəfə olmaqla, pulsuz torpaq sahəsi ayrılmalıdır. Azərbaycanda çox böyük nümunəvi bələdiyyələr var. 50-dən artıq bələdiyyə adı sadalaya bilərəm ki, istehsal müəssisəsi də, bağçası da, məktəbi də var”.

Deputat xatırladıb ki, bələdiyyələrin birləşməsi ilə bağlı qanun qəbul etdik: “Bələdiyyələrin sayı azalacaq. Adi mülkiyyət vergisini bələdiyyə toplaya bilmir, bələdiyyəni qapıdan qovurlar. Türkiyə nümunə çəkilir. Vergi ödənmədiyi zaman Türkiyədə bələdiyyə polisə verir, mülkə möhür vurdururlar. Qanunlar bu gün üçün yazılmır, gələcək üçün yazılır. Gələcəkdə bələdiyyənin imkanları artacaq və məktəb, nəqliyyat və digər sahələrdə səlahiyyətlərini həyata keçirəcək. İnşallah, oktyabrdan bələdiyyələr birləşməyə başlayacaq”.

Siyavuş Novruzov bələdiyyələrə verilən dotasiyalarda olan çatışmazlıqlara da toxunub: “Dotasiya verilən zaman üzərində yazılır ki, hansı sahədə istifadə etmək olar. Başqa sahəyə bu puldan istifadə etməyə qoymurlar. Buna görə bu gün 50-dən çox bələdiyyə sədri həbsdədir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4873

Oxşar yazılar

Ştaynmayer Şəhidlər Xiyabanında

Ştaynmayer Şəhidlər Xiyabanında

2 aprel 2025 , 10:35
Almaniya prezidenti Azərbaycana gəldi

Almaniya prezidenti Azərbaycana gəldi

1 aprel 2025 , 21:31
Azərbaycanda  maliyyə hesabatı   təqdim edən partiyaların SİYAHISI

Azərbaycanda maliyyə hesabatı təqdim edən partiyaların SİYAHISI

1 aprel 2025 , 19:49
Tramp Putini  diz çökdürə   bilər -  İDDİA

Tramp Putini diz çökdürə bilər - İDDİA

1 aprel 2025 , 19:46
Baş prokuror Vyetnamda

Baş prokuror Vyetnamda

1 aprel 2025 , 15:05
Almaniya Azərbaycandan üzr istədi

Almaniya Azərbaycandan üzr istədi

1 aprel 2025 , 08:29
Ralf Horlemann

Almaniya səfirinə SƏRT XƏBƏRDARLIQ: "Üzrxahlıq edilməlidir!"

31 mart 2025 , 19:34
Ermənistan silahlı təxribatlarını belə gizlədir

Ermənistan silahlı təxribatlarını belə gizlədir

31 mart 2025 , 18:25