ABŞ prezidenti Co Bayden növbəti dəfə Rusiya lideri Vladimir Putin haqqında sərt danışıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Ağ evin mətbuat fondu xəbər verir ki, bu bəyanat Nyu-Yorkun Brodvey teatrında keçirilən kampaniya üçün ianə toplama mərasimində səsləndirilib. Bayden “Putin kimi diktatorlarla eyni tərəfdə dayanmayacağını” söyləyib.
Xatırladaq ki, 2022-ci ildə “İrlandiyanın dostları” adlı illik şam yeməyində Amerika prezidenti Putini “ölümcül diktator” adlandırmışdı.