Vüqar Əliyev
28 noyabr 2022 14:03 (UTC +04:00)

Vüqar Əliyev

AzərTAc-ın yeni rəhbəri Vüqar Əliyev kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Vüqar Əliheydər oğlu Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) İdarə Heyətinin sədri təyin edilib. 

Lent.az xəbər verir ki, Vüqar Əliyev 1980-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dillər Universitetini bitirib. İkinci ali təhsilini isə Moskva Dövlət Linqvistika Universitetində jurnalistika ixtisası üzrə alıb.

Vüqar Əliyev əvvəllər AzərTAc-da çalışıb.

O, agentliyin ingilis dilli şöbəsində, daha sonra isə siyasət bölməsində redaktor olub. 

"Bizim Media"nın yaydığına görə, Vüqar Əliyev son təyinata qədər isə Azərbaycanın Birinci vitse-prezidentinin katibliyində çalışıb.

Qeyd edək ki, noyabrın 19-da AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov vəzifəsindən azad edilib.

# 8775
avatar

Oxşar yazılar