“Azərbaycan səfirliyinə qarşı törədilən terror aktına görə birbaşa İran dövləti məsuliyyət daşıyır”- Ramiz Alıyev
27 yanvar 2023 14:21 (UTC +04:00)

“Azərbaycan səfirliyinə qarşı törədilən terror aktına görə birbaşa İran dövləti məsuliyyət daşıyır”- Ramiz Alıyev

Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı politoloq Ramiz Alıyev Lent.az-a münasibət bildirib.

O deyib ki, bu gün Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı bütün dünya dövlətləri öz  kəskin etirazını bildirməlidir:

“Bütün dünya bu terror aktına cavabdeh olan İran dövlətini qınamalıdır. Bu cür terror aktlarının İranda fəaliyyət göstərən bütün xarici ölkələrin diplomatik nümayəndəliklərinə də qarşı törədilməsi istisna edilmir. Ona görə ki, bu tipli terror aktları birbaşa İran dövlətinin ən yüksək nümayəndələrinin sifarişi ilə həyata keçirilir. Belə olamasaydı niyə həmin terroru törədən şəxs rahat şəkildə səfirliyin binasına daxil ola bilir və məlum faciəyə səbəb olur?! Hər kəsə məlumdur ki, Vyana Konvensiyasına görə bütün dövlətlər ölkələrində olan diplomatik korpusların təhlükəsizliyinə cavabdehdir. İranın dövlət rəsmilərinin isə bu gün hadisə ilə bağlı açıqlamasında terror aktına məişət zəminində baş verən hadisə donunu geyindirməklə öz dövlətinin iç üzünü açmış oldu. Belə ki, hadisə yerinə gəlmiş hələ hadisənin səbəbini öyrənməmiş, istintaq nəticələrini gözləmədən qeyri-peşəkarcasına hadisəyə hüquqi qiymət verərək terror aktını məişət zəminində baş verən hadisə adlandırdı. Bunun isə qeyd etdiyimiz kimi qeyri-peşəkarlıqdan irəli gəlməsi ilə yanaşı həm də bu terror aktının məhz İran dövlətinin təşkil etməsini dolayısı ilə bəyan etməsidir! Ancaq İran dövləti bir məsələni unutmamalıdır ki, Azərbaycan dövləti və dünyada olan əlli milyondan artır soydaşımız bu terror aktının hesabını həm İran dövlətindən həm də bu terroru təşkil edənlərdən çox ciddi şəkildə tələb edəcək. Cənab Prezident İlham Əliyevin terror aktı ilə bağlı etmiş olduğu paylaşım hesab edirəm ki, bu terror aktını təşkil edənləri bir daha düşündürməlidir!”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3492
avatar

Oxşar yazılar