Prezident İlham Əliyev
12 may 2021 16:30 (UTC +04:00)

Prezident İlham Əliyev

Azərbaycan Prezidenti: “Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur”

Azərbaycan Prezidenti: “Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur”

“Əminəm ki, əziz dostlar, sizin bir çoxunuz buraya işğaldan sonra birinci dəfədir ki, gəlirsiniz, bunu görürsünüz, bunu hiss edirsiniz. Mən artıq 3-cü dəfədir Şuşadayam və demişəm ki, hər dəfə bura gələndə burada qalmaq istəyirəm, buradan ayrılmaq istəmirəm”.

Lent.az-ın  məlumatına görə, bunu Prezident İlham Əliyev Şuşada keçirilən “Xarıbülbül” festivalının açılışında deyib.
Prezident Əliyev qeyd edib ki, Şuşanın özünəməxsus aurası var: “Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur. Bu gün biz uzun fasilədən sonra azad Şuşada yığışmışıq. Bu gün Cıdır düzündə Azərbaycan muğamı səslənəcək. Uzun fasilədən sonra biz Şuşada bu gözəl musiqi bayramını qeyd edəcəyik. Bu gün sözün əsl mənasında musiqi bayramıdır. Bəli biz 8 noyabrda Şuşaya döyüşərək, vuruşaraq, qan tökərək qayıtmışıq. Ancaq bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1731
avatar

Nigar Adil

Oxşar yazılar