Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində  Ermənistana qarşı iddia qaldırdı
23 sentyabr 2021 23:58 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı iddia qaldırdı

Bu gün Azərbaycan İrqi Ayrıseçkiliyin Aradan Qaldırılması ilə bağlı Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi və təfsiri ilə əlaqədar Ermənistana qarşı Beynəlxalq Ədalət Məhkəməsində iş qaldırıb.

APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Ədalət Məhkəməsi məlumat yayıb. 

İddiaçıya görə, "Ermənistan milli və etnik mənşəyinə görə (İrqi Ayrıseçkiliyin Aradan Qaldırılması ilə bağlı Beynəlxalq Konvensiyadakı məna çərçivəsində) azərbaycanlılara qarşı silsilə ayrıseçkilik (diskriminant) hərəkətləri görüb və görməyə davam edir.

Müraciətçi iddia edir ki, Ermənistan birbaşa və dolayı yollarla etnik təmizləmə siyasətini həyata keçirir, irqçi təbliğat apararaq və nifrət nitqi ilə azərbaycanlılara qarşı nifrəti və etnik zorakılığı qızışdırır və bu, həmçinin hökumətin ən yüksək səviyyələrinə aparılır.

2020-ci ilin payızında başlayan hərbi əməliyyatlar dövrünə toxunaraq, Azərbaycan iddia edir ki, “Ermənistan bir daha azərbaycanlıları etnik nifrətdən qaynaqlanan qəddar rəftar üçün hədəf alıb.

Azərbaycan iddia edir ki, "Ermənistanın etnik təmizləmə, mədəniyyəti silmə və azərbaycanlılara qarşı nifrətin qızışdırılması siyasəti və apardığı digər işlər Beynəlxalq Konvensiyaya (CERD) zidd olaraq sistematik olaraq azərbaycanlıların hüquq və azadlıqlarını, eləcə də Azərbaycanın öz hüquqlarını pozur.

Azərbaycan tərəfi qeyd edir ki, digər tərəfdən, Ermənistanın Azərbaycan əleyhinə ayrı-seçkilik siyasəti və hərəkətləri insan haqqlarının və azərbaycanlıların fundamental haqlarının zədələnməsi cə yox edilməsi məqsədi və təsirinə sahib olub ki bu da CERD-in 2, 3, 4, 5, 6 və 7 -ci maddələrinin pozulmasıdır.

Azərbaycan əlavə edir ki, “Tərəflərin Azərbaycanın iddialarını həll etmək üçün danışıqlar aparmaq cəhdləri son on ayda çıxılmaz vəziyyətə düşüb. Buna görə də Azərbaycan məhkəməni CERD pozuntuları çərçivəsində Ermənistanı bu məsələdə cavabdeh tutmağa çağırır.
 

# 1479
avatar

Oxşar yazılar

Putin İrəvanda  məğlub oldu

Putin İrəvanda məğlub oldu

18 mart 2024 , 19:03
İlham Əliyev Xankəndidə Novruz tonqalını yandırdı

İlham Əliyev Xankəndidə Novruz tonqalını yandırdı

18 mart 2024 , 12:31
“Toplum TV”nin QRANT QAÇAQMALÇILIĞI  - yeni detallar

“Toplum TV”nin QRANT QAÇAQMALÇILIĞI - yeni detallar

18 mart 2024 , 10:21
Prezident NATO-nun baş katibi ilə şam yeməyində

Prezident NATO-nun baş katibi ilə şam yeməyində

17 mart 2024 , 22:28
Azərbaycan və Gürcüstan liderlərinin bəyanatları - VİDEO

Azərbaycan və Gürcüstan liderlərinin bəyanatları - VİDEO

16 mart 2024 , 14:34
BAXCP-nin adı ƏHD  oldu

BAXCP-nin adı ƏHD oldu

16 mart 2024 , 13:20
Bayden İlham Əliyevi təbrik etdi

Bayden İlham Əliyevi təbrik etdi

16 mart 2024 , 11:10
Mətbuat Şurası Nurşən Quliyevi təltif etdi

Mətbuat Şurası Nurşən Quliyevi təltif etdi

15 mart 2024 , 18:18