“İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar tapılır, onların kimə məxsus olduğu barədə araşdırmalar aparılır”.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
O bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlarla geniş əməkdaşlıq edir: “Azərbaycan götürdüyü əsirlərlə beynəlxalq qanunlara uyğun davranır. Azərbaycan eyni zamanda əsirlərin ailələri ilə əlaqə saxlanması üçün şərait yaradır. Azərbaycan 100-dən artıq erməni əsir və girovu azad edib”.