Erkən nikahlar bizim “qırmızı xətt”imizdir.
Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov parlamentdə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə çıxış edib.
O bildirib ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin də fətvası var və din xadimləri qarşısında konkret tələblər qoyulub.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi sədri Hicran Hüseynova bu fikrə cavab olaraq bildirib ki, erkən nikahların əksəriyyətində axundlar kəbin kəsir:
“Erkən nikahların “qırmızı xətt” olduğunu deyirsiniz. Lakin bu gün erkən nikahların əksəriyyətində axundlar kəbin kəsir. İndiyə qədər biz bir dəfə də görməmişik ki, bir nəfər cəzalandırılsın və ya bu istiqamətdə iş görülsün. Biz görürük ki, axundlar məscidlərə körpə uşaqları, qız uşaqlarını aparırlar”.